YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni Azərbaycan Partiyası hər zaman xalqın xidmətindədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Xətai və Əhmədli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə fərdi və məhəllə görüşləri keçirilib.

Görüşlərdə iştirak edən namizədlər Afaq Qədirova, Aytac Əlizadə, Çinarə Rəhimli,  Qubad Kərimov və Kənan Rzayev seçicilərli partiyanın seçki proqramları ilə tanış ediblər. Onlar, həmçinin bələdiyyə seçkiləri ilə əlaqədar fikirlərini seçicilərlə bölüşüblər.

Bələdiyyə üzvlüyünə digər namizədlər İmran Məmmədov, Svetlana İsrafilbəyli, Toğrul Musayev, Günay Əliyeva, Kəmalə İsmayılova, Həsən Əliyev və Nərminə Hacıyeva qeyd ediblər ki, bələdiyyələr Azərbaycan cəmiyyətinin inkişafında özünəməxsus yer tutur.  Bildiriblər ki, YAP  xalqın partiyası olaraq bu seçkiyə xalqa xidmət naminə gedir.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.