YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Füzulidə YAP-ın namizədləri seçicilərlə görüşləri davam etdirir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu, Kərimbəyli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. O, həmçinin Prezident, YAP Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından da ətraflı söz açıb. Bildirib ki, bu siyasətin nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Seçki qərargahının üzvü Şəfəq Məlikova, bələdiyyə üzvlüyünə namizədlər İlahə Cəfərova, Elşən Həsənov, Kamran Hacıyev, Elgün Məmmədov çıxışlarında seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Abdulla Hüseynov, Sabit Səfərov, Yaşar Kərimov və başqaları çıxış edərək YAP-ın siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində məmuniyyətlə partiyanın namizədlərinə etimad göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, seçicilərlə məhəlli görüşləri də keçirilib.