YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İslahatlar davamlıdır!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Oğuz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Oğuz rayon  təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Azərbaycanın tərəqqisini təmin edən mühüm amillərdən biri sistemli islahatların həyata keçirilməsidir: “Ölkəmizdə inamla davam etdirilən islahatlar mühüm uğurların əldə edilməsini şərtləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırır”.

Seçki qərargahının üzvü Ehtibar Yusubov, bələdiyyə üzvlüyünə namizədlər Arif Cavadov, Rəftar Əhmədli, Rauf Orucov, Akif Əliyev, Rəhim Abdurrəfiyev, Tural Əbdürəhmanov və Şəhanə Fərəcova bələdiyyələrin sosial-iqtisadi məsələlərin həllində rolundan bəhs ediblər. YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verilərək yerli özünüidarəetmədə vətəndaşların rolunun artırılmasının əhəmiyyəti vurğulanıb.

Seçicilərdən Emin Əzimli, Nizami Hüseyni, Mürvət Qədirov və digərləri Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.