YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət siyasəti xalqımızı xoşbəxt gələcəyə aparır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Oğuz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Oğuz rayon  təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, bələdiyyə institutlarının idarəetmədə rolunun gücləndirilməsi yerli səviyyədə qərar qəbul etmə proseslərinin daha çevik və effektiv olmasına imkan yaradacaq. Təşkilat sədri qeyd edib ki, bu, həmçinin bələdiyyələrin yerli icmaların ehtiyaclarına daha yaxın və uyğun xidmətlər təqdim etmələrini təmin edəcək. Diqqətə çatdırılıb ki, bələdiyyə institutlarının funksiyalarının genişləndirilməsi yerli inkişafı dəstəkləyən qərarların qəbul edilməsində onların iştirakını artıraraq sosial və iqtisadi rifahın yüksəlməsinə töhfə verəcək.

Seçki qərargahının üzvü Ehtibar Yusubov və bələdiyyə üzvlüyünə namizədlər Arif Cavadov, Rəftar Əhmədli, Rauf Orucov, Akif Əliyev, Rəhim Abdurrəfiyev, Tural Əbdürəhmanov, Şəhanə Fərəcova bildiriblər ki, həyata keçirilən tədbirlər nəticəsində bələdiyyələrin cəmiyyətin inkişafında daha fəal və təsirli rol oynaması hədəflənir.

Seçicilərdən Emin Əzimli, Nizami Hüseyni, Mürvət Qədirov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri seçicilərlə fərdi görüşlər də keçiriblər.