Xəbərlər
Fəaliyyətimiz dövlətimiz və xalqımızın maraqları naminədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Yevlax rayonu, Yevlax və Tanrıqulular bələdiyyələri üzrə Tanrıqulular, Hürüuşağı və Boşçalı kəndləri ərazisində yaşayan seçicilərlə görüşləri keçirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, dövlətimiz tərəfindən bələdiyyələrin inkişafına xüsusi diqqət göstərilir.
Görüşlərdə çıxış edən seçki qərargahının üzvləri Tofiq Həsənov, Vahid Quliyev, Bayram Yusifov və bələdiyyə üzvlüyünə namizədlər Əli Hüseynov, Elnur Abdullayev, Rəfiqə Mehdiyeva, Qumaş Abbasova, Gülarə Balakişiyeva, Nərgiz Əhmədova vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Fəaliyyətimiz dövlətimizin və xalqımızın maraqları naminədir.
Qeyd edək ki, Tanrıqulular bələdiyyəsinin ərazisində yaşayan şəhid ailəsi ziyarət olunub. Eyni zamanda namizədlər Qoyunbinəsi bələdiyyəsi üzrə Malbinəsi kəndində və Qaraməmmədli bələdiyyəsi üzrə Qaraməmmədli kəndində yaşayan seçicilərlə məhəllə görüşləri keçiriblər.