YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Dayanıqlı sosial-iqtisadi inkişaf təmin olunub

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Yevlax və Tanrıqulular bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb. O qeyd edib ki, yüksək rifah və vətəndaş məmnunluğu sosial siyasətin əsas prinsiplərini təşkil edir. R.Əliyev yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi istiqamətində görülən işlərin də xalqın mənafeyinə xidmət etdiyini diqqətə çatdırıb.

Seçki qərargahının üzvləri Tofiq Həsənov, Vahid Quliyev, Bayram Yusifov, bələdiyyə üzvlüyünə namizədlər Əli Hüseynov, Elnur Abdullayev, Rəfiqə Mehdiyeva, Qumaş Abbasova, Gülarə Balakişiyeva və Nərgiz Əhmədova Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasında xalqa xidmət prinsipinin dayandığını diqqətə çatdırıblar. Bələdiyyə seçkilərinin ictimai-siyasi önəmindən bəhs edən natiqlər YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək hər kəsi fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.