YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Goranboylular xoş gələcək naminə YAP-a səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Xanqərvənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi sistemində özünəməxsus və aparıcı rolu olduğunu deyib. Onun sözlərinə görə, YAP yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə gedir.

Təşviqat qrupunun üzvləri  Əzra Həçimova, Kəmalə İsmayılova Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildiriblər. Daha sonra bələdiyyələrin fəaliyyətindən söz açan təşviqat qrupunun üzvləri  bələdiyyələrin bugünkü həyatımızda oynadığı roldan  danışıblar.

Tədbirdə bələdiyyə üzvlüyünə namizəd Cəlal Rüstəmov seçiləcəyi təqdirdə ona  göstərilən etimadı yüksək səviyyədə doğruldacağını vurğulayıb.        

Seçicilər Asif Heydərov, Mürcahid Dəmirov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, görüşdən sonra YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri Goranboy rayonunun Yeniyol kənd sakinləri ilə fərdi görüşlər keçiriblər.