YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Qürurla addımlayırıq!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sədərək rayonu, Sədərək bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov Yeni Azərbaycan Partiyasının hər zaman milli maraqlara, mövcud reallıqlar və çağırışlara uyğun fəaliyyət göstərdiyini qeyd edib: “Bu, insanların partiyamıza olan inamını daha da möhkəmləndirib. Bu gün qürur hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyası olduqca yüksək nüfuza və müsbət imicə malikdir. Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri bu reallığın daha bir təsdiqi olacaqdır”.

Seçki qərargahının üzvləri Vüsalə Əliyeva, Sirac Qarayev, Əli Ağayev, bələdiyyə üzvlüyünə namizədlər Zakir Zamanov, İlqar Sadiqov, Fərhad Rzayev və Gülayə Cəfərova Azərbaycan dünyaya qüdrətini nümayiş etdirdiyini və yeni zəfərlərə imza atmaq əzmində olduğunu vurğulayıblar. “Xalqımız bu reallıqları görür və müsbət qiymətləndirir, Yeni Azərbaycan Partiyasının fəaliyyətini təqdir edir. Yeni qələbələrə doğru inam və qürurla addımlayırıq”, - deyə qeyd olunub. Natiqlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.

Seçicilər Nicat Bəyməmmədli, Sərxan Rəhimov, Yalçın Bayramzadə və digərləri  bələdiyyə seçkilərində YAP-ın  namizədlərinə səs verəcəklərini vurğulayıblar.