Seçki xəbərləri
YAP fəaliyyət prinsiplərinə sadiqdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İsmayıllı rayonu, Qubaxəlilli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədr müavini Anar Nəbiyev qeyd edib ki, YAP müstəqillik tariximizdə xüsusi missiyası olan partiyadır: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində ölkəmizin ən qüdrətli dövrünü yaşadığı indiki çağlarda YAP yenə də öz missiyasına, fəaliyyət prinsiplərinə sadiqdir”.
Bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək bildiriblər ki, hazırda cənab İlham Əliyevin uğurla rəhbərlik etdiyi YAP qələbələr partiyası kimi tanınır. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal olmağa YAP-ın namizədlərinə səs verməyə çağırıblar.