Seçki xəbərləri
Xalqın etimadı əsasında…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu və Zabrat bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsində tarixi rolundan və misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, müasir dövrdə hər bir siyasi partiyanın ictimai nüfuzunu müəyyən edən əsas amillərdən biri seçkilərdə əldə edilən nəticələrdir: “Yeni Azərbaycan Partiyası ümumxalq və qələbələr partiyasıdır. Şübhə yoxdur ki, YAP yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində də xalqın dəstəyi və etimadı əsasında böyük uğur qazanacaq”.
Bələdiyyə üzvlüyünə namizədlər Məzahir Məsimov, Hüseyn Nəcəfov, Nailə Nəsirova, Rəhiməxanım Abbasova, Talut Hüseynov, Mirməhəmməd Seyidov və Əfiqə Abdullayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını vurğulayaraq əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların əhəmiyyətinə diqqəti cəlb ediblər.
Seçicilər Əmrayə Abbasova, Rəna Hümbətova, Zəminə Musayeva və başqaları bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini deyiblər.