YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Həmrəyliyimizi səsimizlə dəstəkləyək!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu və Zabrat bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov bildirib ki, bu gün müstəqil Azərbaycan dünya miqyasında güclü ölkələr arasındadır. Vurğulanıb ki, yüksək rifah və vətəndaş məmnunluğu ölkəmizdə keçirilən sosial siyasətin əsas prinsipləridir.

Görüşlərdə namizədlər Məzahir Məsimov, Hüseyn Nəcəfov, Nailə Nəsirova, Rəhiməxanım Abbasova, Talut Hüseynov, Mirməhəmməd Seyidov və Əfiqə Abdullayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı şanlı Zəfərdən və digər uğurlardan bəhs ediblər.

Çıxış edən seçicilər Əmrayə Abbasova, Rəna Hümbətova, Zəminə Musayeva və başqaları YAP-ın hər zaman xalqın etimadını doğrultduğunu və qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov bələdiyyəsi üzrə namizədlər İnsaf Qəmbərov, Vüsal Əzizzadə, Maştağa bələdiyyəsi üzrə namizəd Məmmədrza Xəlilov, Pirşağı bələdiyyəsi üzrə namizədlər Əfsanə Rəhimova, Arzu Aydemir, Zabrat bələdiyyəsi üzrə namizədlər Talut Hüseynov, Əfiqə Abdullayeva, Nardaran bələdiyyəsi üzrə namizəd Pərvanə Nəsirova, Sabunçu bələdiyyəsi üzrə namizəd Çingiz Vəlizadə və  Ramana bələdiyyəsi üzrə namizəd Günel Məlikova seçicilərlə fərdi və məhəllə görüşləri keçiriblər.