YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Daim qələbə əzmi ilə!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göygöl rayonu, Topalhəsənli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlər zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının seçki proqramı və namizədləri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir tələblərə və çağırışlarına uyğun uğurla davam etdirilməsi sayəsində Azərbaycan Avroatlantik məkanda mühüm strateji mərkəzə çevrilib.

Seçki qərargahının üzvü İsmayıl İsayev, bələdiyyə üzvlüyünə namizədlər Samirə Zərgərova, Validə Hacıyeva, Yelman Bayramov, Ruhin Məmmədov öz fəaliyyətlərini məhz yeni hədəflər istiqamətində quracaqlarını bildiriblər. 

Seçicilər Ramiz Hacıyev, Alı Məhərrəmov, Leyla Əliyeva və digərləri bələdiyyə seçkilərində zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri seçicilərlə məhəlli görüşlər də keçiriblər.