YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Söz ilə əməlin birliyi...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Cəlilabad rayonu, Cəlilabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların əhəmiyyətindən bəhs edib. Ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımların atıldığını deyən M.Mirxaslı yeni çağırışlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Vahid Mirzəyev, Günel Məmmədova və Yeganə Rzayeva YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası xalqın inam və etimadını yüksək səviyyədə doğruldub. Heydər Əliyev ideyalarına sadiqlik, söz ilə əməlin birliyi partiyanın cəmiyyətdə nüfuzunun artmasını təmin edib. “Qarşıdan bələdiyyə seçkiləri də xalqın partiyamıza növbəti inam və etimadı ilə əlamətdar olacaq”, - deyə vurğulanıb.