YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Azərbaycan böyük tərəqqi və inkişaf yolunda irəliləyir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi barədə məlumat verib. Qeyd olunub ki, bələdiyyə institutu ölkədə demokratik idarəetmənin vacib elementlərindən biri kimi formalaşıb. İlk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib və bununla da yerli özünüidarəetmə sisteminin əsası qoyulub. O vaxtdan etibarən bələdiyyələrin fəaliyyət dairəsi genişlənmiş, onların hüquqi və təşkilati bazası gücləndirilib.

Təşviqat qrupunun üzvləri Adəm Hüseynov və Vasif Əlizadə, bələdiyyə üzvlüyünə namizədlər Aytac Əliyeva, Samirə Abışova, İradə Atayeva, Sərraf Əzimov, Kürdoğlu Muradov, Akif Saqiyev, İlham Səfərov, Emin Azadov və Teymur Məmmədov əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayandığını bildiriblər.

Görüş zamanı seçicilər bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri şəhidlər Rəşad Hüseynov, Şəhriyar İsmayılzadə və Rahil Ərəblinin ailələrini ziyarət ediblər.