Seçki xəbərləri
Tovuzlular seçkilərdə fəallıq nümayiş etdirəcəklər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu, Tovuz və Dondar Quşçu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, cənab İlham Əliyevin YAP-a rəhbərliyi dövründə partiyamız daha da güclənib. Bu gün ümumxalq partiyasına çevrilən YAP-ın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. O, eyni zamanda bələdiyyələrin bugünkü həyatımızda oynadığı roldan da söz açıb.
Seçki qərargahının üzvü İlqar Kərimov partiyanın bələdiyyə seçkilərində də inamlı qələbə qazanacağına əmin olduğunu bildirərək, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıb.
Bələdiyyə üzvlüyünə namizəd Günel Qasımova seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğruldacağını vurğulayıb.
Seçici Adil Həsənov və başqaları çıxış edərək YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlər məhəllə görüşləri də keçiriblər.