Seçki xəbərləri
Məqsədlər reallığa çevrilir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağstafa rayonu, Həsənsu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək bələdiyyələrin regionların sosial-iqtisadi inkişafında özünəməxsus rol oynadığını bildirib. E.Hacıyev seçiciləri seçki günü fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Günay Mehdiyeva, bələdiyyə üzvlüyünə namizədlər Nizami İsgəndərli, Rüfət Axundov və Uday Mustafazadə YAP-ın ölkəmizdə keçirilmiş bütün seçkilərdə qazandığı parlaq qələbələrdən ətraflı söz açıblar.
Görüş zamanı seçicilər Yamən Abbasova, Novruz Xudiyev və Zəkiyyə Abbasova çıxış edərək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, rayonun Qarahəsənli, Sadıqlı, Muğanlı, Göycəli, Poylu və Ağstafa bələdiyyələri üzrə YAP-ın namizədləri - Arifə İbrahimovanın, Nizami İsgəndərovun, Nuridə Hüseynovanın, Yasin Əhmədovun, Alı Məmmədovun və Nəsib Hacıyevin seçicilərlə məhəllə görüşləri də keçirilib.