YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bütün hədəflər reallığa çevriləcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Soltannuxa bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov bildirib ki, ölkəmizdə bələdiyyə institutunun formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. O, vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin islahatları nəticəsində bələdiyyələrin fəaliyyətlərinin genişləndirilməsi və inkişafı üçün münbit şərait yaranıb.

Seçki qərargahının üzvləri Akif Quliyev, Ramiz Yolçuyev, bələdiyyə üzvlüyünə namizədlər Kamran Daşdəmirov və Zamin Yolçuyev YAP-ın seçki proqramı haqqında geniş məlumat veriblər. Prezident İlham Əliyevin bütün sahələrə diqqət və qayğı göstərdiyini vurğulayan namizədlər Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində ilə bağlı siyasi kampaniyanı yüksək səviyyədə həyata keçirdiyini bildiriblər.

Qeyd edək ki, həmin gün Qəbələ rayonu, Vəndam, Nic, Yeni Dizaxlı və Mıxlıqovaq bələdiyyələri üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.