YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP xalqın etimad göstərdiyi ən böyük siyasi təşkilatdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Novoivanovka bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında Azərbaycanın siyasi palitrasının ən güclü, ən böyük partiyasıdır və xalqımızın ən çox dəstəklədiyi siyasi təşkilatdır. Təşkilat sədri çıxışında partiyanın bu günə qədər keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazandığını vurğulayıb.

Seçki qərargahının üzvləri Pərviz Bayramov, Rövşən Qasımov və bələdiyyə üzvlüyünə namizədlər Xəyalə Axundova, Famil Nəbiyev, Zahid Vəliyev və Emil Məmmədov çıxışlarında Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyə xidmət etdiyini və YAP-ın fəaliyyətinin Azərbaycanın milli maraqlarını qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırıblar. 

Qeyd edək ki, YAP-ın Novoivanovka bələdiyyəsi üzrə namizədləri məhəllə görüşləri də keçiriblər.