Seçki xəbərləri
Xoş gələcək üçün bələdiyyə seçkilərində səs verək!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Nizami bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov, seçki qərargahının üzvləri Mehman Rzayev, Elgün Aslanov çıxış edərək yüksək həyat standartlarının təmin edilməsi üçün bələdiyyələrin mövcud resurslardan daha səmərəli istifadəsinin vacibliyini bildiriblər. Onlar bu hədəflərə çatmaq üçün yeni bələdiyyələrdə təmsil olunacaq YAP üzvlərinin də öz fəaliyyətlərini məhz bu istiqamətdə həyata keçirəcəklərini diqqətə çatdırıblar.
Bələdiyyə üzvlüyünə namizəd Sabir Əbdürrəhimov çıxışında YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıb.
Çıxış edən seçicilər öz növbəsində qarşıdan gələn bələdiyyə seçkilərində Azərbaycanın xoş gələcəyi naminə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, namizədlərin seçicilərlə məhəllə görüşləri də keçirilib.