YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyələrin fəaliyyəti daha da effektiv olacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, Xəlfəli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev “Azərbaycan Respublikasında bələdiyyələrin birləşdirilməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunun bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə hədəfləndiyini bildirib. Təşkilat sədri qeyd edib ki, bu Qanun bələdiyyələrin idarəetmə keyfiyyətini artırmağa, onların yerli məsələlərin həllində daha effektiv rol oynamasına şərait yaradır.

Seçki qərargahının üzvü Səlim Məhərrəmov, bələdiyyə üzvlüyünə namizədlər Qədim Əhmədov və Şöhrət Həziyev bütün seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri seçicilərlə məhəlli görüşlər də keçiriblər.