YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Qarşılıqlı inam və etimad

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu, Quşçu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov bildirib ki, bu gün Azərbaycan Zəfər yolunda əmin addımlarla irəliləyir. Qeyd olunub ki, dövlətimiz bütün strateji hədəflərinə çatmaqla yanaşı, sosial-iqtisadi imkanlarını genişləndirir. İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri davam etdirilir.

Seçki qərargahının üzvü Ağarza Bayramov və təşviqat qrupunun üzvü Fuad Səmiyev qeyd ediblər ki, bələdiyyə islahatları yerli idarəetmənin daha səmərəli və şəffaf fəaliyyət göstərməsi üçün zəruri addımdır. Vurğulanıb ki, bu islahatlar çərçivəsində bələdiyyələrin maliyyə resurslarının artırılması və idarəetmə səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Seçicilər Mübariz Ağarəhimov və Nəsrəddin Cəbrayılov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.