Seçki xəbərləri
Yeni uğurlar naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu, Gərəkli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyəti, partiyanın seçki proqramı haqqında məlumat verib. O, Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş söz açıb.
Çıxış edən təşviqat qrupunun üzvü Şamil Behalov, namizədlər Ceyran Tağıyeva və Mehman Qaybalıyev seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.