YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP növbəti siyasi uğurunu qazanacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu, Turan və Böyük Dəhnə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov bildirib ki, bələdiyyə seçkiləri yerli idarəetmənin inkişafını təmin edərək vətəndaşların qərar qəbuletmə prosesində birbaşa iştirakını təmin edir. “YAP hər zaman xalqın rifahını yüksəltmək, sosial ədaləti təmin etmək və ölkənin davamlı inkişafını təmin etmək məqsədilə fəaliyyət göstərir. Bu seçkilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını bir daha qazanaraq növbəti siyasi uğurunu təsdiqləməsi üçün böyük imkandır”,- deyə o vurğulayıb.

Görüşlərdə çıxış edən təbliğat qrupunun üzvləri  Baba Səmədov, Oktyabr Rəşidov, bələdiyyə üzvlüyünə namizədlər İsrafil Şamilov, Sərkar Namazov, Habil Kərimov, Fərid Atayev və Tural Həşimov bildiriblər ki, bələdiyyələr yerli problemlərin həllini təmin etmək üçün bütün resurslarını səfərbər edərək, sakinlərin rifahını yaxşılaşdırmağa çalışırlar. Qeyd olunub ki, cəmiyyətin inkişafına töhfə vermək üçün vətəndaşlar seçkilərdə fəal iştirak etməlidirlər.

Seçicilər Həzi Əliyev və Aynur Süleymanova YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, namizədlər rayonun  Suçma kəndində məhəllə görüşləri də keçiriblər.