Seçki xəbərləri
YAP milli maraqların qətiyyətli müdafiəçisidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Masallı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalqın nümayəndələri kimi möhtəşəm uğurlara şahidlik edir və gələcəyə doğru inamla addımlayırıq. O, bütün sahələrdə aparılan islahatların müsbət nəticələr verdiyini və yerli özünüidarəetmənin təkmilləşdirilməsinin diqqət mərkəzində olduğunu bildirib.
Seçki qərargahının üzvü Mehriban Sultanova, bələdiyyə üzvlüyünə namizədlər Tural Ağammədov və Şəfa Allahverdiyeva YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. “YAP milli maraqların qətiyyətli müdafiəçisidir”, - deyə vurğulayan natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.