Seçki xəbərləri
Gücümüz xalqın dəstəyidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu, Qıvraq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Namizədlər İlkin Məmmədov, Xanım Nəcəfova, Azər Əliyev, Basit Əliyev, Məhərrəm Əliyev bildiriblər ki, bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri öz fəaliyyətlərini partiyanın seçki proqramında nəzərdə tutulan hədəflər istiqamətində quracaqlar. Onlar xalqın etimadını layiqincə doğruldan YAP-ın növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda qatıldığı haqqında deyiblər.
Seçicilər isə seçkilərdə fəal iştirak edərək müasir, qalib Azərbaycanın yüksək rifahı naminə ümumxalq partiyasının - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.