Seçki xəbərləri
Biləsuvarlıların seçimi inamdan doğan seçimdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Əsgərabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov Yeni Azərbaycan Partiyasının məqsədyönlü fəaliyyətindən bəhs edərək, bələdiyyə seçkilərinin ictimai-siyasi önəmini diqqətə çatdırıb. O, YAP-ın avanqard siyasi qüvvə kimi hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini vurğulayaraq qarşıdan gələn bələdiyyə seçkilərində də növbəti qələbəyə imza atacağını əminliklə bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər Mirəşrəf Mirsultanov, Ruslan Səidov və Zəka Nağıyev YAP-ın seçki proqramı haqqında məlumat verərək bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıb, seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Şakir Soltanov, Əlibala Buludov və başqaları çıxış edərək YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.