Seçki xəbərləri
Pirallahıda seçicilərlə görüşlər davam edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı rayonu, Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Əli Kərimov və Səadət İbrahimova seçicilərlə məhəllə görüşləri keçirib.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən və həyata keçirilən layihələrdən danışıb, partiyanın seçki proqramını seçicilərə izah ediblər. Onlar vurğulayıblar ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP, yaranan gündən bəri iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişafına və xalqımızın əmin-amanlıq içində yaşamasına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.
Namizədlər seçiciləri, partiya tərəfindən irəli sürülmüş şəxslərə səsvermədə fəal olmağa dəvət ediblər.
Seçicilər isə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.