Seçki xəbərləri
Qüdrətli Azərbaycan reallığı sonsuz iftixar mənbəyimizdir!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu, Əlibəyli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qax rayon təşkilatı sədrinin müavini İlkin Abbasov bələdiyyə seçkilərinin əhəmiyyəti barədə danışıb. O əminliklə ifadə edib ki, YAP-a böyük inam və etimad bəsləyən Azərbaycan xalqı bu dəfə də seçkilərdə fəal iştirak edərək qələbələr partiyasına dəstək verəcək.
Seçki qərərgahının üzvü Rahin Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Arif Əhmədov və Nikala Aslamazaşvili bildiriblər ki, Heydər Əliyev ideyalarının təntənəsinin təzahürü olan müasir Azərbaycan inkişaf yolunda inamla irəliləməkdədir. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz uğurlara imza ataraq qüdrətini daha da artırıb. Qalib Azərbaycan reallığı sonsuz iftixar mənbəyimizdir. Biz daha böyük uğurlara – yeni qələbələrə nail olmaq gücündəyik”, - deyə vurğulanıb. Natiqlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.