Seçki xəbərləri
Daha qüdrətli Azərbaycan naminə!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində yüksək fəallıqla iştirak edir. Vurğulanıb ki, YAP bu seçkiləri də qələbə ilə başa vurmaq əzmindədir, bunu yüksək səviyyədə keçirilən təşviqat kampaniyaları bir daha sübut edir.
Bələdiyyə üzvlüyünə namizədlər Azad Musayev, Rəna Haqverdiyeva seçicilərə partiyanın seçki proqramı haqqında məlumat veriblər. Qeyd olunub ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması başlıca hədəflərdən biridir.
Seçicilər Qurbanqulu Rəhimov, İsmayıl Əhmədov və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.