YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Parlaq gələcək naminə...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirib ki, bələdiyyə-vətəndaş münasibətlərində aktivlik müşahidə olunur. Qeyd olunub ki, bələdiyyələr sakinlərlə sıx əlaqə quraraq onların problemlərinə həssaslıqla yanaşır.

Tədbirdə çıxış edən bələdiyyə üzlüyünə namizədlər Fuad Rəhimov, Mürsəl Kazımov, Nərgiz Rüstəmova, Həqiqət Məmmədova, Elnur Babayev və digərləri vurğulayıblar ki, seçicilər öz seçki hüquqlarından istifadə edərək həm vətəndaşlıq mövqelərini bildirir, həm də gələcəkdə layiqli xidmət görmək üçün doğru namizədləri dəstəkləyirlər. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının əsas məqsədi məhz xalqa layiqli xidmət göstərməkdir.

Qeyd edək ki, həmin gün Suraxanı rayonu, Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərlə səyyar görüşlər keçiriblər.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.