YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Samux gənclərinin seçimi bəllidir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu, Samux bələdiyyəsi üzrə   Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin gənc seçicilərlə görüşü keçirilib.

YAP Samux rayon təşkilatının qərargahında keçirilən görüşdə rayon təşkilatının  sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan dövləti uğurlu gənclər siyasəti həyata keçirir. Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində layiqincə təmsil olunaraq mühüm nailiyyətlərə imza atırlar.

O qeyd edib ki, Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın parlaq gələcəyini inşa edir. “Bu siyasət mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına hədəflənib”. G.Bayramov gəncləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Elnur Tağıyev və Təhminə Nəsibova YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Onlar Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olduğunu vurğulayaraq seçiciləri YAP-ın namizədlərinə səs verməyə dəvət ediblər.