YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Etimad yenə də Yeni Azərbaycan Partiyasınadır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Şorsulu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək mühüm ictimai-siyasi proseslərdən və YAP-nın qazandığı uğurlardan danışıb. Bildirib ki, YAP-ın seçkilərdə qazandığı uğurlar vətəndaşlarımızın bu təşkilata yüksək etimadını göstərir. Təşkilatın sədri qələbələr partiyası adlanan YAP-ın növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını xüsusi vurğulayıb.

Seçki qərargahının üzvləri Allahverdi Piriyev, Rəis Abdullayev, bələdiyyə üzvlüyünə namizədlər Elmar Xudiyev, Namiq Manafov əldə olunan uğurlarla yanaşı, yerli özünüidarəetmənin təkmilləşdirilməsi naminə qarşıda mühüm vəzifələr dayandığını da qeyd ediblər. Bildiriblər ki, YAP-ın seçki proqramında bu məsələlərlə əlaqədar əsas hədəflər öz əksini tapıb. Onlar, həmçinin seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilər isə çıxışlarında YAP-ın siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.