YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“Seçimimiz bir daha Yeni Azərbaycan Partiyası olacaq!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağsu rayonu, Ağsu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev qeyd edib ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub və bu dönəmdə də Yeni Azərbaycan Partiyası mühüm nailiyyətlərə imza atacaq. O, daim siyasi proseslərin önündə gedən YAP-ın bələdiyyə seçkilərinə də uğurla hazırlaşdığını deyib.

Seçki qərargahının üzvləri Vaqif Nəzərov, Camaləddin Zeynalov, bələdiyyə üzvlüyünə namizədlər Namiq Babaxanov və İsmayıl Əzizli YAP-ın seçki proqramı barədə ətraflı məlumat verərək bu zamana qədər əldə olunan nəticələri və qarşıda duran hədəfləri diqqətə çatdırıblar.

Seçicilər Xamis Mustafazadə, Zülfiyyə Rüstəmova, Nərminə Hüseynova və digərləri YAP-ın namizədlərinə səs verəcəklərini ifadə ediblər. “Yeni hədəflərə nail olmaq üçün seçimimiz bir daha Yeni Azərbaycan Partiyası olacaq”, - deyə vurğulanıb.