Seçki xəbərləri
YAP parlaq qələbə qazanacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvar 29-na təyin olunmuş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Xosrov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın ictimai-siyasi həyatındakı əvəzolunmaz rolundan, keçdiyi şərəfli tarixi yoldan, partiyanın Sədri, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə gördüyü işlərdən geniş bəhs edib.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Pərviz Musayev və Ramin Rasulov ölkəmizdə bələdiyyələrin inkişafı sahəsində görülmüş işlərdən danışıblar.
Seçicilər Haqverdi Əliyev və Roman Məmmədov çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti yekdilliklə dəstəkləyirlər və yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verməklə bunu bir daha əyani şəkildə təsdiqləyəcəklər.