YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Göyçaylıların mövqeyi bəllidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu,  Ləkçıplaq və Cəyirli bələdiyyələri  üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Göyçay rayon təşkilatının  sədri Sahib Şükürov partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən bəhs edib. S. Şükürov YAP-ın yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayaraq seçiciləri bələdiyyə seçkilərində bu partiyanın  namizədlərini dəstəkləməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Aydın Əliyev, Məbud Məmmədov, Şəfa Nəsirova, Şahin Hüseynov çıxış edərək söz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini partiyanın müəyyən etdiyi proqram əsasında quracaq, problemlərin aradan qaldırılması istiqamətində var qüvvələri ilə çalışacaqlar.

Seçicilər Yaşar Bədəlov, Məzahir Şıxəliyev, Cəlal Quliyev  və başqaları çıxış edərək yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini  bildiriblər.