YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Parlaq gələcək üçün...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Xanərəb bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sabitliyin qorunmasında əsas qüvvə kimi çıxış edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik təsisatlar inkişaf etdirilir və siyasi plüralizmə şərait yaradılır.

Təşkilat sədri, seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Xanərəb bələdiyyəsi üzvlüyünə namizədlər Cavid Abdullayev və Mahizər Quliyeva partiyamızın bələdiyyələrin demokratik idarəetmə prinsipləri əsasında xalqın maraqlarını daha yaxşı təmsil etməsi üçün davamlı olaraq islahatların həyata keçirilməsinə töhfə verdiyini diqqətə çatdırıblar. Namizədlər qeyd ediblər ki, qalib gəldikləri təqdirdə YAP-ın və seçicilərin etimadını doğrultmağa çalışacaqlar.

Seçicilər Elxan İsmayılov, Həsrət Hümbətov, Xəyal Rüstəmov YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.