Seçki xəbərləri
Bələdiyyə seçkiləri yeni uğurlar vəd edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu, Kijəbə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Astara rayon təşkilatının məsləhətçisi Elçin Məmmədəliyev bildirib ki, qanunvericilikdə bələdiyyələrə geniş səlahiyyətlər verilib. Onun sözlərinə görə, seçicilərin dəstəyi ilə YAP-ı təmsil edən bələdiyyə üzvləri qarşıdakı mərhələdə mövcud imkanlardan geniş istifadə edəcəklər.
Tədbirdə çıxış edən seçki qərargahının üzvü Təbrizə Rəsulova, bələdiyyə üzvlüyünə namizədlər Fazil Zülfüqarov, Güli Ağayeva və Mətanət Ağazadə yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində önəmli addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, indiyədək bələdiyyələr bir çox layihələrin həyata keçirilməsinə nail olubdur.
Seçicilər Gülnarə Məmmədova və Sona Hüseynova YAP fəaliyyəti dəstəklədiklərini, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Astara rayonu, Asxanakəran kəndində, Siyaku bələdiyyəsi üzrə namizəd Abdulla Babayev, Kijəbə qəsəbəsində, Kijəbə bələdiyyəsi üzrə namizəd Fazil Zülfüqarov və Şahağac bələdiyyədi üzrə namizəd Azər Mürsəlov seçicilərlə məhəllə görüşləri keçiriblər.