YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP-ın qələbəsi üçün bütün resurslar mövcuddur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev qeyd edib ki, bələdiyyə institutlarının inkişafına verilən əhəmiyyət Azərbaycanın daha müasir və güclü bir dövlət olduğunu göstərir: “İnanırıq ki, YAP növbəti bələdiyyə seçkilərində möhtəşəm qələbə qazanacaq. Bunun üçün partiyamızın bütün resurları  mövcuddur”.

Seçki qərargahının üzvləri Hümbət Quliyev, Sovet Şükürov, Vaqif Qəhramanov, Ehtiram Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Leyla Əliyeva, Bənövşə Cəlalzadə, Mais Quliyev, Orxan Adıgözəlzadə YAP-ın seçki proqramı haqqında məlumat veriblər. Onlar bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıblar.

Seçicilər Sərxan Mustafayev, Esmira Nəcəfova Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini qeyd ediblər.

Qeyd edək ki, Sumqayıt və Zeynalabdin bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.