YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Lerikdə namizədlərin məhəllə görüşləri keçirilir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu, Siyov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Lerik  rayon təşkilatının sədr müavini Elnur Məmmədov seçki proqramı ilə bağlı ətraflı məlumat verməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edildiyini, ictimai-siyasi həyatın, həmçinin dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatların uğurla və ardıcıl şəkildə həyata keçirildiyini deyib.

Seçki qərargahının üzvləri Cahil Muxtarov, Elman Rəcəbov, bələdiyyə üzvlüyünə namizədlər Tərlan Qəribov, Şəhriyar Məcidov və digərləri çıxış edərək qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini təmin etmək üçün seçkilərdə fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıblar.

Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvləri Elman Rəcəbov, Veysəl Məlikov, Lerik bələdiyyəsi üzrə namizəd Ceyhun Əliyev, Blaband bələdiyyəsi üzrə namizədlər Balamirzə Mirhüseynov, Niyaz Babayev, Şingədulan bələdiyyəsi  üzrə namizəd Niyaməddin İsayev, Əliabad bələdiyyəsi  üzrə namizədlər Vüqar Hüseynov, Fəqan Ağayev, Rövşən Dadiyev, Vüsal Cəfərov, Çayrud bələdiyyəsi  üzrə namizəd Altay Abbaszadə seçicilərlə məhəllə görüşləri keçiriblər.

Bütün görüşlərdə seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.