Seçki xəbərləri
Nailiyyətlərin davamına səs verək!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu, Tərtər bələdiyyəsi, Qaraağacı bələdiyyəsi üzrə İsmayılbəyli, Qazyan, Yuxarı Qapanlı və Qaynaq kəndlərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşlərdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov partiyanın seçki proqramında əksini tapan hədəflərin xalqın dəstəyi ilə uğurla həyata keçiriləcəyini əminliklə vurğulayıb.
Seçki qərargahınıın üzvü Azər Ağayev, namizədlər Firdovsi Məmmədov, Vüsalə İsmayılova və Sevinc Abbasova çıxış edərək dövlətin maraqlarının qorunması istiqamətində görülən işlər, bələdiyyə üzvünün hüquq və vəzifələri, həmçinin bələdiyyə qanunları barədə ətraflı məlumat veriblər. Onlar seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər isə partiyanın namizədlərinə səs verəcəklərini birmənalı şəkildə bildiriblər.
Qeyd edək ki, rayon ərazisində məhəllə görüşləri də keçirilib.