YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Oğuz seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Padar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan inkişaf edərək güclənib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ardıcıl şəkildə uğurlar qazanmaqda davam edir. Bu uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi rolu var.

Seçki qərargahının üzvləri Ehtibar Yusubov, Mehman Ramazanov, bələdiyyə üzvlüyünə namizədlər Məhəmməd Yolçuyev, Eynur Ağammədov, Aynurə Səfərova, Samirə Adıgözəlova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Onlar xalqın etimadını doğruldan YAP-ın bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıblar. 

Seçicilər Seymur Zeynalov, Rəşid Qocayev və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri Oğuz şəhərində, həmçinin Kərimli, Bucaq, Böyük Söyüdlü, Zərrab kəndlərində seçicilərlə fərdi görüşlər də keçiriblər.