YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“Növbəti inamlı qələbəyə imza atacağıq!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. O bildirib ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsi əsas hədəflərdəndir.

Yeni Azərbaycan Partiyasının hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını söyləyən A.Süleymanov “Xalqımızın dəstəyi ilə növbəti inamlı qələbəyə imza atacağıq”, - deyə vurğulayıb.

Təşviqat qrupunun üzvləri Ruhəngiz Heydərova, Azər Əhmədov, bələdiyyə üzvlüyünə namizəd Xalid Kərimov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.