Seçki xəbərləri
Sabitlik və inkişafın əsas amili
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə görüşüb.
Çıxış edən təşkilatın sədr müavini Anar Abbasov, YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlər Nizami Babaşov, İradə Qarayeva, Kifayət Xudaverdiyeva, Akif Vəliyev, Vüsal Cəfərli, Ülkər Piriyeva, Əliyar Həsənli və təşviqat qrupunun üzvləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Görüşlər zamanı seçicilər YAP-nın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.