Seçki xəbərləri
Biləsuvarda seçicilərlə növbəti görüş keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Bəydili bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Samir Ağayev qarşıdan gələn bələdiyyə seçkilərinin ölkədə aparılan idarəetmə islahatlarında yeni mərhələ olacağını qeyd edib, bu seçkilərdə də YAP namizədlərinin üstünlük qazanacağına əminliyini bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər İlqar Kərimov, Ərəstun Cəbrayılov və Fəranə Əliyeva Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat veriblər. Natiqlər proqramda mühüm vəzifələrin əksini tapdığını qeyd edib, bu hədəflərin yerinə yetirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Sərvər Paşayev, Elxan Məmmədov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.