YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni inkişaf mərhələsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu, Xalatala bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Şambul kəndində seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev ölkəmizdə bələdiyyələrin cəmiyyət həyatındakı rolundan bəhs ediblər.

Çıxış edən təşviqat qrupunun üzvləri  Ömər Zurnayev və Xanım Zurnayeva Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyiblər.

Qeyd edək ki, gün ərzində məhəllə görüşləri də keçirilib.