Seçki xəbərləri
Yeni Azərbaycan Partiyası yüksək nüfuza malikdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu, Babək bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov qeyd edib ki, bütün sahələri əhatə edən islahatlar Azərbaycanıın tərəqqisini və milli hədəflərimizin reallaşmasını təmin edən çox mühüm amillərdəndir. Bələdiyyələrin inkişafının diqqət mərkəzində olduğunu söyləyən təşkilat sədri yerli özünüidarəetmə orqanlarının qarşısında yeni çağırışlardan irəli gələn önəmli vəzifələrin dayandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bu sahədə məqsədyönlü fəaliyyət göstərmək əzmindədir.
Seçki qərargahının üzvləri Elvin Əliyev, Sədaqət Mahmudov və bələdiyyə üzvlüyünə namizəd Arif Cəfərov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Yeni Azərbaycan Partiyasının yüksək nüfuza malik olduğunu söyləyən natiqlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və partiya tərəfindən irəli sürülmüş namizədlərə səs verməyə çağırıblar.