Seçki xəbərləri
YAP – Növbəti zəfərin addımlığında!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu Babək bələdiyyəsi üzrə Babək şəhər, Hacıvar, Badaşqan, Şəkərabad və Yarımca kəndindən olan Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə müasir dövlətçilik tarixinin möhtəşəm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyub: “Artıq yeni çağırışlar və reallıqlar fonunda ölkəmizin qarşısında növbəti hədəfləri gerçəkləşdirmək vəzifəsi durur. Aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası bu prosesə öz layiqli töhfələrini verəcəkdir”. Görüşdə çıxış edən seçki qərargahının üzvləri Elvin Əliyev, Sədaqət Mahmudov və bələdiyyə üzvlüyünə namizədlərdən Cəfərov Arif çıxış edərək Bələdiyyə seçkilərində əhalini seçkidə fəal iştirak etməyə və partiya tərəfindən irəli sürülən namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, Babək bələdiyyəsindən namizəd olan Əliyev Nazim Səyyad oğlu məhəllə görüşləri keçirmişdir.
Həmçinin Babək rayon Cəhri qəsəbəsindən namizəd Novruzov Sənan kənddə məhəllə görüşləri keçirib.