YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnamlı qələbələr yüksək etimadın göstəricisidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Şəmkir və Şiştəpə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolundan danışıb. “YAP-a xalqın sevgisi böyükdür. Partiyamızın inamlı qələbələri yüksək etimadın göstəricisidir”, - deyən F.Vəliyev partiya sıralarının gündən-günə genişlənməsinin xalqın Prezident İlham Əliyevin siyasətinə qətiyyətli dəstəyinin bariz nümunəsi olduğunu qeyd edib.

Təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Azər Qəhrəmanov, bələdiyyə üzvlüyünə namizədlər Qalib Atakişiyev və Novruz Hüseynov qarşıda duran bütün vəzifələrin yüksək səviyyədə yerinə yetirildiyini, yeni reallıqların yeni qələbələr vəd etdiyini diqqətə çatdırıblar.

Natiqlər YAP-ın bələdiyyə seçkilərində xalqın dəstəyi ilə inamlı qələbə qazanacağına əminliklərini ifadə edib, seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.