YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Güclü dövlət, yüksək rifah…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu, Samux bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycanın güclü dövlət olaraq xalqın yüksək rifahını təmin etdiyini bildirib. O, Yeni Azərbaycan Partiyasının əməli fəaliyyəti ilə böyük rəğbət qazandığını və bu gün cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirdiyini deyib: “İndiyədək ölkəmizin inkişafına mühüm töhfələr verən Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımıza yeni nailiyyətlər qazandıracaq”.

Təşviqat qrupunun üzvləri Mirzəmməd Orucov və Namiq Cəfərov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə islahat xarakterli tədbirlərin davam etdirilməsinin başlıca hədəflərdən olduğu qeyd  edilib. Natiqlər seçiciləri bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasına səs verməyə dəvət ediblər.