Seçki xəbərləri
Yeni Azərbaycan Partiyası ölkəmizin parlaq gələcəyi üçün çalışır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu, Çayrud bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Lerik rayon təşkilatı sədrinin müavini Elnur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar nəticəsində Azərbaycan qalib və qüdrətli ölkəyə çevrilib. “Müasir Azərbaycanın tərəqqisi qalib ölkənin lider partiyası olan Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır”, - deyə o vurğulayıb.
Seçki qərargahının üzvləri Elman Rəcəbov, Xanlar Həmid, bələdiyyə üzvlüyünə namizədlər Dadaş Əlirzayev, Altay Abbaszadə və Muğdad Şahpələngov qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası daim Azərbaycanın parlaq gələcəyi üçün çalışır: “YAP Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarının həyata keçirilməsinə layiqli töhfələrini verir”.
Natiqlər seçiciləri yanvarın 29-da seçki məntəqələrinə gedərək öz səsvermə hüquqlarından istifadə etməyə, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırıblar.